Türkiyə olaraq islamofobiyaya qarşı qlobal mübarizə aparırıq. Siyasi həll səylərinə daha effektiv dəstək verməliyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirlərinin 12-ci Toplantısında deyib.
“Biz bütün cəbhələrdə əməkdaşlığımızı inkişaf etdirmədən İslam dünyasını hədəf alan hücumların öhdəsindən gələ bilmərik. Bu sahədə dəstək vacibdir. 2016-cı ildə keçirilən 13-cü İslam Sammitində biz İslamın düzgün izah edilməsinin vacibliyini vurğulamışdıq. Qəbul etdiyimiz 10 illik fəaliyyət planı çərçivəsində hədəflər qoymuşuq, lakin hələ ki, onlara çatmamışıq”, – Ərdoğan qeyd edib.