Bunu etmək istəmirik, amma məcburuq – Slovakiya

Bunu etmək istəmirik, amma məcburuq – Slovakiya

Elektrik enerjisinin qiymətində böyük artım, əgər ölkə AB-dən milyardlarla avro dəstək almasa, Slovakiyanın iqtisadiyyatını məhv edə bilər.

AzerTimes xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Eduard Heger deyib.

“Slovakiyaya dəstək olmasa, hakimiyyət yerli enerji şirkətlərini milliləşdirməyə məcbur olacaq. Slovakiya müəssisələri bağlanacaq və bu da bütün iqtisadiyyatı məhv edə bilər. O zaman biz bu elektrik enerjisini şirkətlərimiz və ev təsərrüfatlarımız üçün qənaət etməli olacağıq. Bunu etmək istəmirik, lakin başqa kömək olmasa, biz buna məcburuq”, – Heger bildirib.

Teqlər: