Bunu Əliyevdən başqa kimsə edə bilməzdi – Arestoviç

Bunu Əliyevdən başqa kimsə edə bilməzdi – Arestoviç

Prezident İlham Əliyev tarixdə yalnız bir neçə millətin öyünə biləcəyi bir iş gördü.

AzerTimes xəbər verir ki, bunu Trend-ə ukraynalı hərbi-siyasi icmalçı və ictimai xadim Aleksey Arestoviç deyib.

Ölkənin suverenliyinin bərpasında Prezident İlham Əliyevin qətiyyətindən və strateji uzaqgörənliyindən danışan A.Arestoviç qeyd edib ki, bu strategiyanı başqa heç kim belə uğurla həyata keçirə bilməzdi.

“Prezident İlham Əliyev inanılmaz iş gördü. Düşünmürəm ki, bunu ondan başqa kimsə edə bilərdi. Siyasətçilər də var, dövlət xadimləri da var, amma o, tarixi şəxsiyyətdir”, – deyə A.Arestoviç bildirib.

A.Arestoviçin sözlərinə görə, Azərbaycan uzunmüddətli və ağlabatan strategiyanı həyata keçirə bilib, bütün işğal olunmuş əraziləri geri qaytarıb.

“Bu, görünməmiş bir hadisədir və tarixdə yalnız bir neçə millətin öyünə biləcəyi bir işdi. Qələbə və Zəfər Gününün simvolik mənası bütün xalqı birləşdirmək və uzunmüddətli, səriştəli strategiyanı uğurla həyata keçirmək bacarığındadır”, – ukraynalı hərbi-siyasi icmalçı vurğulayıb.

Azərbaycanın Qarabağ bölgəsinin dirçəldilməsi mövzusuna toxunan A.Arestoviç bildirib ki, onu ən çox heyrətləndirən odur ki, bərpa planı hələ Azərbaycan öz ərazilərini qaytarmazdan əvvəl mövcud olub.

“Planlar müharibə başa çatdıqdan dərhal sonra həyata keçirilməyə başlandı. Məsələn, Füzuli aeroportu rekord müddətdə bərpa olundu, bu heyrətamizdir. Bu, Azərbaycan rəhbərliyinin uzaqgörənliyini göstərir. Yenidənqurma işlərinə, demək olar ki, müharibədən dərhal sonra başlanıldı. Hazırda infrastrukturun və mənzil fondunun yenidən qurulması, o cümlədən məcburi köçkünlərin geri qayıtması üçün şərait yaradılması fəal şəkildə aparılır”, – deyə A.Arestoviç bildirib.

Aretoviç vurğulayıb ki, bu, Qarabağ bölgəsini təbii sərvətlərin qeyri-qanuni istismar edildiyi yerdən iqtisadi cəhətdən cəlbedici regiona çevirəcək planlı, dövlət siyasətinin həyata keçirildiyini göstərir.

Qeyd edək ki, 19-20 sentyabrda Üçtərəfli Bəyannamənin müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması məqsədi ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərində lokal antiterror tədbirləri həyata keçirilib.

Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bu ərazilərdə suverenliyini və konstitutsiya quruluşunu bərpa edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən birləşmələri ləğv edilərək Azərbaycan ərazisini tərk edib.

Teqlər: