Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son vaxtlar avtomobil yollarında sürücülərin lüzumsuz səs siqnallarından istifadəsi ilə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, onlar İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat cərimə oluna bilərlər.
Bununla bağlı BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli İTV-yə açıqlamasında bildirib ki, “Yol hərəkəti haqqında Qanunvericiliy”in tələbləri çərçivəsində səs siqnalları şəhər mühitində yalnız baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün istifadə oluna bilər:
“Əks təqdirdə bu özü də inzibati-xəta tərkibi yaradan məsuliyyət formalaşdırır”.