Bunu edə biləcək adam mənəm – Tramp

Bunu edə biləcək adam mənəm – Tramp

Bayden dövründə millətimiz eqoist, radikal və korrupsioner siyasi quruluş tərəfindən məhv edilir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş lideri Donald Tramp çıxış edib.

Trampın sözlərinə görə, ölkənin indiki rəhbərliyinin bunu niyə etdiyini heç kim bilmir. Onun fikrincə, Demokratlar Partiyasının rəhbərliyi radikal solçudur:

“Düşünürəm ki, bir çox hallarda onlar marksistlər və kommunistlərdir”.

Tramp vurğulayıb ki, ABŞ-a ilk gündən “gecikmədən işə başlamağa” hazır olan prezident lazımdır: “Və bu, mənəm”.

Qeyd edək ki, ötən gün D.Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətini elan edib.

Teqlər: