Rusiya rolu həm Ermənistanın, həm də Azərbaycanın imzaları olan müvafiq yazılı sənəddə qeyd olunub.
AzerTimes xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentindəki dinləmələrdə Rusiyanın regionda öz sülhməramlılarını yerləşdirməklə təsirini artırmaq istəməsi ilə bağlı suala reaksiyasında bildirib.
“Bu rol heç bir halda heç bir şübhə doğura bilməz, çünki bir daha deyirəm, bunu birbaşa münaqişə edən tərəflər də təsdiqləyiblər və bu məsələdə mütləq konsensus əldə olunub”, – Zaxarova söyləyib.
Onun sözlərinə görə, 44 günlük müharibədə baş vermiş hadisələrin araşdırılması Ermənistanın daxili işidir:
“Ermənistanın baş nazirinə verilən bütün suallar məhz daxili araşdırmalar və debatlar kontekstində baş nazirə verilib. Rusiyada bir növ bəd niyyət tapmaq cəhdləri varsa, bu şərdir bu, yalan mesajdır, bu, təmiz dezinformasiyadır”.