Hazırda Kiyev kimi, NATO üçün də Ukraynanın alyansa daxil olması şərtlərini açıqlamamaq, bununla da Rusiyaya strateji üstünlük verməmək sərfəli olardı.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen deyib.
“Üzvlük tələblərinin dəqiqləşdirilməsi Ukraynanın və ya alyansın maraqlarına uyğun deyil. Biz anlamalıyıq ki, Rusiya bu cür məsələləri çox bacarıqla manipulyasiya edir. Biz onun müharibəni heç vaxt bitirməməsi üçün stimul yarada bilmərik”, – XİN rəhbəri bildirib.