Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan

Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan

Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişinin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

AzerTimes Globalinfo.az-a istindən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Baş nazir indiki mərhələdə sənədlə bağlı detalların açıqlanmasını diplomatik baxımdan düzgün hesab etmədiyini bildirib:

“Məsələ məxfi deyil, lakin prosesdə düzgünlük vacibdir. Biz kağızı tutub bəndlərdə nə yazıldığını bir-bir açıqlaya bilmərik. Bu, Azərbaycan tərəfi üçün doğru bir addım deyil. Sülh müqaviləsinin mətnində beynəlxalq diplomatik təcrübədən kənar heç nə yoxdur”.

Teqlər: