İsraildə silsilə terror aktlarının təşkilinin arxasında İran dayanır.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz İran və onun marionetləri tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən terror hücumunun episentrindəyik”, – Netanyahu bildirib.