Almaniya Bundestaqının prezidenti Berbel Bas Ukraynanın paytaxtı
Kiyevə səfər edib.
Trend xəbər verir ki, bu barədə parlament sədrinin protokol
rəhbəri Enriko Brissa özünün “Twitter” səhifəsində yazıb.
“Mayın 8-də Bundestaqın prezidenti Berbel Bassın Kiyevə səfəri
başlayıb”, – deyə E.Brissa bildirib.
Onun sözlərinə görə, parlamentin prezidenti bu gün İkinci Dünya
Müharibəsi qurbanlarının xatirəsini yad edəcək, həmçinin siyasi
danışıqlar aparacaq.