“Vaqner” rəhbəri Yevgeni Priqojinin üsyanı nəticəsində Rusiya Prezidenti Vladimir Putinin nüfuzu ciddi şəkildə zədələnib. O, bunu heç vaxt bərpa edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Norbert Röttgen deyib.
Röttgen deyib ki, bu gün yarım Putinin nüfuzuna ciddi zərbə vurdu:
“Yevgeni Priqojin Putinin adamı idi və onun dövlət çevrilişinə cəhdi prezidentin şəxsi uğursuzluğudur”.