Almaniya SDP (Sosial-Demokrat Partiyası) fraksiyasının lideri Rolf Mützenix Ukraynada müharibəni dondurmağı təklif edib.
AzerTimes xəbər verir ki, xarici işlər naziri Annalena Berbok isə onun bu açıqlamasından dolayı təəccüblənib.
“Təkcə müharibə aparmağın yollarını deyil, həm də müharibəni necə dondurmaq və bitirmək barədə də danışmalı deyilikmi?” – deyə deputat bildirib.
Çıxışdan sonra Bundestaq müxalif blokun Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı təklifini rədd edib.
Baş tutan səsvermədə 495 deputat layihənin əleyhinə, 190 lehinə səs verib, 5-i isə bitərəf qalıb.