İran Prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
O bildirib ki, belə bir səfər hazırlanırdı, ancaq onu təxirə salan bəzi səbəblər oldu:
“İndi protokollar üzrə danışıqlar aparılır, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur”.
Kalın Bakı kimi Ankaranın da İranın bəzi bəyanatlarından narahat olduğunu vurğulayıb:
“Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”.