Buna Ukrayna qərar verəcək – Latviya

Buna Ukrayna qərar verəcək – Latviya

Ukraynada müharibənin dinamikasını proqnozlaşdırmaq çətindir və nəticələrinin aradan qaldırılması uzun çəkə bilər.

AzerTimes xəbər verir ki, bunu Latviya xarici işlər naziri Edqar Rinkeviç deyib.

“Ukraynanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bərpa edilməlidir və yalnız Kiyev Rusiya təcavüzünün nə vaxt, harada və hansı şəraitdə dayandırılacağına qərar vermək hüququna malikdir. Latviya bu məsələ ilə bağlı Ukraynaya hər hansı təzyiqi rədd edir”, – Rinkeviç bildirib.

Teqlər: