Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında deyilir.
“Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb”, – paylaşımda qeyd edilir.