Buna görə Ukraynada müharibə davam edəcək – Akar

Buna görə Ukraynada müharibə davam edəcək – Akar

2023-cü ildə Ukraynada münaqişə ABŞ və AB-nin Kiyevə dəstəyi sayəsində davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin təliminə Qərb ölkələrinin büdcələrinə ayrılan pullar sərf olunur:

“Bütün bunları birləşdirsəniz, atəşkəs və sülh rejiminin yaradılması ilə bağlı bütün xoş niyyətlərimizə və arzularımıza baxmayaraq, bu müharibənin böyük ehtimalla 2023-cü ildə davam edəcəyini söyləmək səhv olmaz”

Teqlər: