Çinlə münasibətləri beynəlxalq hüquqa tam uyğun şəkildə qururuq və ABŞ-a hesabat vermək niyyətində deyilik.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.
Qeyd edək ki, daha öncə “Politiko” nəşri Rusiyanın hərbi yardım qarşılığında Çinə müasir hərbi texnologiyalarla yardım edə biləcəyi barədə xəbər yayıb.