Bakı bulvarında salınan velosiped zolağının birbaşa şlaqbaum və parklanmanın üstündə olması velosiped sürənlərin narazılığına səbəb olub.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Məsələ ilə bağlı Oxu.az-ın sualını cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sosial mediada paylaşılan şəkilin çəkildiyi rakurs pandusdan sonra mikromobillik zolaqlarının dəmir dirəklərə dirəndiyi təəssüratını yaradır:
“Reallıqda isə pandusla hərəkət edən mikromobillik vasitələrinin istifadəçiləri kiçik radiusda sola meyillənməklə hərəkətlərinə davam edə bilərlər. “Park Bulvar” ticarət mərkəzinin qarşısında “Paylaşılan zona” (share zone) yaradılacaq və yol nişanları quraşdırılacaq. Mikromobillik vasitələrinin istifadəçiləri həmin hissəni piyadalarla birgə istifadə edəcəklər. Təhlükəsizliyin təmin olunması məqsədilə ticarət mərkəzinin yeraltı dayanacağının giriş-çıxışlarında sürətməhdudlaşdırıcı maneələr də quraşdırılacaq”.
Həmin fotonu təqdim edirik: