Bulvarda sudan meyit çıxarıldı

Bulvarda sudan meyit çıxarıldı

Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN “112” qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub:

“Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Teqlər: