Sosial şəbəkələrdə Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qoyulan müvəqqəti qadağa ilə bağlı məlumatlar əks olunub.
AzerTimes xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-a cavab olaraq bildirib ki, yazılan məlumatlar həqiqəti əks etdirmir:
“Bu şirkətin daxili qərarıdır. Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb”.