
Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyininin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 10:23-də başa çatıb.