Attraksionlar yeniləri ilə əvəzlənmək üçün sökülüb. Hazırda bununla bağlı işlər gedir. Yeni attraksionların quraşdırılacağı dəqiq tarix isə hələ ki, məlum deyil.
Bu sözləri AzerTimes-a Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva deyib.
Qeyd edək ki, artıq bir müddətdir bulvarda Dəniz vağzalı yaxınlığındakı 5 attraksion sökülüb və yeri metlaxla döşənib.