Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu

Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu

Bülbülün Şuşada yerləşən ev-muzeyinin direktoru Ülviyə Hüseynova ziyarətçilərə qarşı çox kobud davranış nümayiş etdirib.

AzerTimes-ın əməkdaşının verdiyi məlumata görə, o, nahar fasiləsini bəhanə edərək ev-muzeyinin qapısını bağlayıb, ziyarətçiləri oradan çıxarıb.

“Bülbülün ev-muzeyini ziyarət etməyə gəlmişik. Burada ev-muzeyinin direktoru olduğunu deyən Ülviyə Hüseynova adlı xanım saat 2-də nahar fasiləsinə çıxdığını deyib, muzeyi bağladı. Üstəlik, sanki insanların ona borcu varmış kimi çox qaba və tərbiyəsiz şəkildə rəftar edərək, ziyarətçiləri həyətdən çıxardı”, – məlumatda qeyd olunub.

Teqlər: