Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahında olub.
AzerTimes Report-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.