Bülbülə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib

Bülbülə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib. İnsident Bülbülə qəsəbəsində qrydə alınıb.    

Qəsəbə sakini, Məmmədov Kamran Əhməd oğlu bıçaqlanıb. Xəsarət alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları hadisə yerində olublar. Kamran Məmmədovu bıçaqlayan şəxs saxlanılıb. Onun ruhi xəstə olduğu və hadisəni heç bir səbəb olmadan törətdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.