Bülbül bütün konsertlərinə bu vokalla başlayıb

Bülbül bütün konsertlərinə bu vokalla başlayıb

Bu gün səhnəmizin Bülbülü – Murtuza Məmmədovun 125 yaşı tamam olur.

AzerTimes sənətkar haqqında maraqlı məlumatları təqdim edir.

– Murtuza Məmmədov 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xankəndinin cənub ərazisi olan Xanbağında anadan olub.

– Bülbül ləqəbi ona qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq tərəfindən verilib.

– O, Azərbaycan musiqi folklorunun müntəzəm şəkildə toplanması və elmi cəhətdən işlənməsinin təşəbbüskarıdır.

– 12 yaşında Qafqazda və Orta Asiyada tanınan və sevilən ilk xanəndə idi.

– Opera səhnəmizdə Üzeyir Hacıbəyovun “Koroğlu” əsərində Koroğlunu, “Arşın mal alan”da Əsgəri, R.M. Qlierin “Şahsənəm” əsərində Qəribi, Müslüm Maqomayevin Azərbaycanda Avropa stilində yazdığı ilk opera olan “Nərgiz”də Əlyarı və bunun kimi 10-dan çox əsərdə baş rol oynayıb.

– Bülbül vokal üzrə professor elmi dərəcəsi alan ilk azərbaycanlıdır.

– M.Məmmədov demək olar bütün konsertlərində çıxışına nakam bəstəkar Asəf Zeynallının yazdığı “Ölkəm” romansı ilə başlayıb.

– Bülbülün Memorial Muzeyi Azərbaycanda vokalçı üçün yaradılan ilk muzeydir. Burada onun 8000-dən artıq yaradıcılıq, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyəti haqqında materiallar və sənədlərin əsli saxlanılır.

Teqlər: