Builki təhsil haqqını ödəmiş şəxslər də tələbə krediti üçün müraciət edə bilər – Nazir müavini

İllik təhsil haqqını ödəyən tələbələr də müvafiq şərtlərə cavab verirlərsə, təhsil tələbə kreditləri üçün müraciət edə bilərlər.

AzerTimes-ın məlumatına görə, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu halda tələbənin ödədiyi təhsil haqqı ona geri qaytarılır.


“Artıq tədris prosesi başlayıb. Tələbələr təhsil haqqının müəyyən hissəsini ödəyiblər. Qaydalarda həmin tələbələrin də kredit üçün müraciət etməsi ilə bağlı məsələ əksini tapıb. Təbələrin təhsil haqqılarını ödəyib-ödəməməsindən asılı olmayaraq onlar kredit üçün müraciət edə bilərlər. Bu halda tələbə tərəfindən ödənilmiş təhsil haqqı ona geri qaytarılır”.

İ.İsayevin sözlərinə görə, ikinci təhsil alan tələbələr də təhsil tələbə kreditindən yararlana bilər: “Əgər tələbə əyani təhsil alırsa və daha əvvəlki təhsilində kredit götürməyibsə, təhsil tələbə krediti üçün müraciət edə bilər”, – nazir müavini deyib.

Teqlər: