Bugünkü insident buna görə baş verib – Foto

Bugünkü insident buna görə baş verib – Foto

Bu gün Dığ kəndi istiqamətində baş verən insidentin səbəbləri haqda “Land of fire” səhifəsi ehtimalını yayıb.

AzerTimes xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi videosdan iki fərqli kadrlar birləşdirilib və hadisənin baş verdiyi ərazinin tam görüntüsü əldə edilib.

Bildirilib ki, erməni mediasının yaydığı görüntünin tamlaşdıranda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin 4 postu olduğu görünür. Biri zəif görünür (mərkəzdə), digər ikisi yaxşı möhkəmləndirilmiş, barajla əhatə olunmuşdur (solda), 4-cü isə isə postlar arasında keçən yolların kəsişməsində yerləşir (sağda). Bütün yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kadrda cəmi 1 erməni postunun olduğu görünür. Bu postun bu gün yaradılmadığı, daha əvvəldən qurulduğunu təxmin etmək olar.

Bu gün isə ermənilər öz postundan bizim ən qabaqcıl postumuza gedən yol istiqamətində səngər qazmaq və post qurmaq qərarına gəliblər. Kadrlarda həm ekskavator, həm də aparılan işlər əks olunub.

Ermənilərin əsas niyyəti postlarınız arasında rabitə xətlərimizi kəsmək olub və bu isə etiraz doğurub. Buna etiraz etdikdə isə ermənilər əvvəlcədən qurulmuş ssenari üzrə atəş açıblar.

Teqlər: