Bugünədək “Muğanbank Çek” ilə 350 min manatdan çox uduş əldə olunub

Bank məhsul çeşidlərini bazar tələblərinə uyğun
optimallaşdırır.

“Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir.
İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri
və məhsul siyasəti müzakirə olunmuşdur.

Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları
fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də
məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş
tirajlarının dayandırılması qərara alınmışdır.

Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən
“Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən
etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının
keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər
tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və
şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin
edilməsi barədə qərar qəbul edilmişdir.

“Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu
tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379
min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən
ödənilmişdir.

Teqlər: