Buğda idxalı daha 3 il ƏDV-dən azad edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Vergilər Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb.

Onun sözlərinə görə, qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılması (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılması, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olması (birinci oxunuşda hər litr üçün 220 manat idi) təklif edilib.

Müzakirələrdən sonra təkliflər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Teqlər: