Büdcədə 7 milyard manatlıq qalıq yarandı

Büdcədə 7 milyard manatlıq qalıq yarandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 719,8 milyon manat, xərcləri isə 22 569,6 milyon manat təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1% və 16% çoxdur.

Son nəticədə icmal büdcədə 7 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Teqlər: