Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, dövlət müəssisələrində şəffaflığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.
O qeyd edib ki, dövlət layihələrinin səmərəliliyi artırılmalıdır: “Nazirlər Kabineti dövlət başçısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək”.