Xəbər - Zeyni Cəfərov – Trend:
2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində iqtisadi fəallığın tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədar əlverişli olmayan makroiqtisadi şəraitdə reallaşdırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Hesablama Palatasınını 2020-ci il dövlət büdcəsinin icrası barədə rəyində deyilir.
Qeyd olunur ki, ötən il dövlət büdcəsinin gəlirlərinə təsir göstərmiş makroqtisadi göstəricilər ümumi daxili məhsulun 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 faiz, neft sektoru üzrə 7 faiz, əsas kapitala yönəlmiş vəsaitlərin 8,3 faiz azalması, eləcə də 2,8 faiz səviyyəsində istehlak qiymətləri indeksi olub.
Eyni zamanda Azərbaycanın ixracı 30,6 faiz, idxalı isə 21,5 faiz azalıb.
(Tərcümə: Orxan Nəbiyev)