Ukraynaya növbəti hərbi yardımın ayrılmasını bloklayacağıq.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, Ukrayna Macarıstanın OTP bankı və ya digər şirkətlərini sanksiya siyahısına salmayacağına dair zəmanət verərsə, hərbi yardımın ayrılmasına qarşı çıxmayacaq:
“500 milyon avroluq yardımın təsdiqlənməsi üçün Brüsselin təzyiqi ilə üzləşmişik, ancaq Budapeşt zəmanət qəbul edənədək bu addımı atmayacaq”.