Budapeşt Baş nazir Viktor Orbanın Kiyevə səfərinə hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Hazırda biz səfərin texniki hazırlığı mərhələsindəyik”, – o bildirib.
Siyarto xatırladıb ki, fevral ayında Orban Brüsseldə AB sammitində iştirak edərkən Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb:
“Biz hər zaman (Ukrayna ilə – red.) dialoqa hazırıq. Ümid edirik ki, dialoq mənalı olacaq”.