Budanov: Çıxışları görmüşəm, Vilnüsdən əlinizi üzün

Budanov: Çıxışları görmüşəm, Vilnüsdən əlinizi üzün

NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukrayna cəmiyyətinin gözləntilərini doğrultmayacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov deyib.

“Mənim üçün NATO sammitini çox sadə səbəbə görə yüksək qiymətləndirmək olduqca çətindir: cəmiyyətimizin gözləntiləri doğrulmayacaq. Əminəm ki, bəzi sözlər deyiləcək, amma bundan başqa heç nə. Bundan sonra nələrin müzakirə olunacağına tam əminəm, mən çıxışların mətnini görmüşəm”, – o bildirib.

Teqlər: