Buçada ruslara kömək edən cinayətkarlar tutuldu

Buçada ruslara kömək edən cinayətkarlar tutuldu

Buça şəhərinin işğalı zamanı rusların tərəfinə keçən cinayət qrupunun üzvləri işğalçılara kömək ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Cinayətkarlar Rusiya hərbçilərinə texnikanı evlərin arasında yerləşdirilməsi üçün yerlər təklif ediblər. Onlar yol bloklarının, pulemyot mazğallarının yaradılmasına köməklik göstərib, sakinlərin girov saxlandığı yaşayış komplekslərindən birinə nəzarət ediblər. Rus əsgərləri onların vasitəsilə evlərə soxulub, insanları oğurlayıb, hədələyib, döyüblər. Dəstə üzvləri Kiyev vilayətinin sakinləridir. İşğal idarəsində vəzifə almaq istəyiblər. Ərazi işğaldan azad edildikən sonra cinayətkarlar yaşayış komplekslərindən birinin ərazisində gizləniblər. Hazırda dəstə üzvləri saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah-sursat və cinayət əməlinin digər sübutları aşkar edilib”, – məlumatda deyilib.

Teqlər: