Bu zərbələr hücuma cavabdır, ancaq son deyil – Putin

Bu zərbələr hücuma cavabdır, ancaq son deyil – Putin

Ukraynaya raket zərbələri Krımdakı partlayışa cavabdır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Ukraynaya bu gün endirilən kütləvi raket zərbələri haqda deyib.

Jurnalistin “Səhərki zərbələri Sevastopol hadisələrinə (Rusiya donanmasına hücum – red.) cavab saymaq olarmı” sualına Putin belə cavab verib:

“Qismən hə. Ancaq bu, bizi edə biləcəyimizin hamısı deyil”.

Qeyd edək ki, Rusiya Qara dəniz Donanmasına hücum səbəbindən taxıl sazişindən çıxdığını açıqlayıb.

Teqlər: