Bu, Zelenski üçün sonun başlanğıcı ola bilər

Bu, Zelenski üçün sonun başlanğıcı ola bilər

Ukraynalı hərbi əsirlərin İl-76-da həlak olması Ukrayna Prezidenti Vladimir Zelenski üçün siyasi final ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov deyib.

“Düşünürəm ki, Zelenskinin açıq şəkildə söylədiyi yalanlar aydınlaşarsa, bu, onun sonunun başlanğıcı ola bilər. Yalan odur ki, onlar kimin və haradan atəş açdığını çox gözəl bilirlər”, – o bildirib.

O, həmçinin vurğulayıb ki, Ukraynada hər kəs Zelenskinin prezidentliyinin başa çatmaq üzrə olduğunu və dövlət başçısı seçkilərinin gec-tez baş tutacağını anlayır.

Ekspert əlavə edib ki, Zelenski ölən hərbi əsirlərin yaxınlarına onların hələ də sağ olduqlarını söyləyərək yalan danışmağa davam edir.

Qeyd edək ki, 24 yanvarda Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.

Teqlər: