Bu yollarda tıxac yarandı

Bu yollarda tıxac yarandı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı Sumqayıt şossesi – (Xırdalan dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər)

2. Ziya Bünyadov prospekti – (Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətdə)

3. Tiflis prospekti – (20 Yanvar dairəsindən başlayaraq mərkəz istiqamətində)

4. Heydər Əliyev prospekti – (Şəhər istiqamətdə, “Koroğlu” metrosunun qarşısından başlayaraq Heydər Əliyev Mərkəzinin qarşısına qədər)

5. Koroğlu Rəhimov küçəsi – (Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər)

6. Alı Mustafayev küçəsi – (“Velotrek”in qarşısından başlayaraq Ziya Bünyadov prospekti istiqamətdə, Azadlıq prospekti ilə kəsişməyə qədər)

7. Badamdar şossesi – (Botanika bağının qarşısından başlayaraq Parlament prospekti ilə kəsişməyə qədər)

8. 28 May küçəsi – (Səməd Vurğun parkının qarşısından başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər)

9. Üzeyir Hacıbəyli küçəsi – (Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq)

10. Bakıxanov küçəsi – (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər).

Teqlər: