Bu yollarda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti
Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda
avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti
məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə,
Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov
küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə)
məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti
Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat
20:00-a qədər davam edəcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən
hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə
etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr
istəyirik”,- məlumatda qeyd edilir.

Teqlər: