Bu yollarda güclü tıxac var

Bu yollarda güclü tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;

– Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

– “20 Yanvar” dairəsində;

– Tiflis prospekti – 20 Yanvar metrostansiyasından mərkəz istiqamətində;

– Həsən bəy Zərdabi küçəsi – Qələbə dairəsi istiqamətində;

– Ziya Bünyadov prospekti – Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

– Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

– Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

– Heydər Əliyev prospekti köməkçi yol – Mərkəz istiqamətində;

– Heydər Əliyev prospekti əsas yol – Mərkəz istiqamətində;

– Babək prospekti – Mərkəz istiqamətində;

– 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

– Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

– Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;

– Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

– Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

– Zərifə Əliyeva küçəsində;

– 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

– Mikayl Müşfiq küçəsi – Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

– Aeroport şosesi – Koroğlu metrostansiyası istiqamətində.

Teqlər: