Bu yollarda 11-12 iyul hərəkət məhdudlaşdırılır

Bu yollarda 11-12 iyul hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

AAYDA-dan verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.