Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı alternativ yolların axtarıldığını bilirik. Lakin bu yolların əsas təşəbbüsə alternativ olmayacağını və riskləri ehtiva etdiyini görürük.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlandırılması Türkiyə üçün prioritetdir. Bu məsələdə Prezident, hörmətli Rəcəb Tayyib Ərdoğan olduqca sistematik fəaliyyət aparmaqdadır”, – deyə H.Fidan bildirib.