Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb.
AzerTimes yollardakı son vəziyyətlə bağlı məlumatı təqdim edir:
“Zəfər yolu”: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.
Toğanalı-Kəlbəcər-İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Füzuli-Hadrut: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.
Bakı-Quba: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Xınalıq kəndi istiqamətində yol boyu qar yağır. Yolun 18-26 km hissəsində 16-18 sm qar var. Havanın hərarəti gecə mənfi 12, hal-hazırda mənfi 8 dərəcədir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Giləzi-Xızı: Qar yağır, 8 dərəcə şaxta var. Xızı şəhərinin ərazisində 12 sm qar var. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Qobustan: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: Qar yağır, 3-4 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax: Qar yağır, 3-4 dərəcə şaxta var. 131-km dən 143-km dək yolun hərəkət hissəsində problem yoxdur. 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı-İsmayıllı: Qar yağır, 4-6 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Qar yağır. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 3-7 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Yevlax-Şəki: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki – Qax – Zaqatala: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolar qardan təmizlənir, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy: Qar yağır, 4-5 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Gəncə-Daşkəsən: Qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt-Astara: Qar yağır, 4-5 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı-Yardımlı: Masallı rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində qar yağır, 8-9 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Lənkəran-Lerik: Lənkəran rayonu ərazisində sulu qar yağır. Lerik rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.