Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarındakı vəziyyət açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Zəfər yolu”nda zəif qar yağır, 7-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər -İstisu: Zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 13-22 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Quba: Yağıntı yoxdur, Qusar rayonu ərazisində yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir.
Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var. Hazırda yolda əmələ gəlmiş buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Giləzi-Xızı: Yağıntı yoxdur, Xızı rayonu ərazisində 4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: Zəif qar yağır, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: Zəif qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax: Zəif qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı: Zəif qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun 7-19 km hissəsində buz bağlamış hissələrə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Yolun İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində güclü buzlaşma əmələ gəlmiş, bununla əlaqədar qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Yevlax-Şəki-Qax-Zaqatala: Yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir -Gədəbəy: Gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 2-10 dərəcə şaxta var. Yolda buzlanma var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Gəncə-Daşkəsən: Gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 7-8 dərəcə şaxta var. Hava dumanlıdır, yolda buzlanma var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt-Astara: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı-Yardımlı: Yağıntı yoxdur, yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran-Lerik: Lerik rayonu ərazisində qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, bununla yanaşı qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Ələt-Hacıqabul-Ucar -Yevlax-Gəncə-Qazax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.