Bu yolda iki yeni piyada keçidi inşa olunur – Video

Bu yolda iki yeni piyada keçidi inşa olunur – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqamətində (Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisini aparır.

AzerTimes xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, layihə üzrə keçidlərin uzunluqları 30 metr, hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.

Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçidlərdə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Teqlər: