Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.