Bu yol xəritəsini müəyyən edən plan tamamlandı

Bu yol xəritəsini müəyyən edən plan tamamlandı

Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq.

AzerTimes “TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında bildirib.

“Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatları, peşəkar təşkilatlar və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planını bu gün TBMM-in ixtiyarına verəcəyik. 5 illik inkişaf planı 5 əsas oxdan ibarətdir – ixtisaslı insanlar, güclü ailə, sağlam cəmiyyət, sabit inkişaf və güclü iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal, fəlakətlərə davamlı yaşayış sahələri, davamlı mühit, ədalətə əsaslanan demokratik idarəetmə”, – Ərdoğan paylaşımda qeyd edib.

Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb.

Teqlər: