Zaur verilişdən qonağı qovmaqla çox böyük səhv edib.
Bu sözləri AzerTimes-a açıqlamasında Zaur Kamalın efirdə güneyli müğənni Afşin Azərini qovması haqda danışan deputat Aqil Abbas deyib.
A.Abbas bildirib ki, Afşin çox mədəni insandır və Azərbaycan onun doğma elidir:
“Təbrizdən, Tehrandan, ya Qumdan gəlib” sözünü qəbul etmirəm. O, azərbaycanlıdır! Zaur bu addımla çox gözəl “reytinq” qazandı. Mən aparıcını qınayıram, hərəkətini də bəyənmirəm.
ARB üzr istəmək əvəzinə, Zaur təkrar-təkrar məsələyə qayıdır və özünü “ağıllı” göstərməyə çalışır”, – deputat deyib.
Millət vəkili Fəzail Ağamalı da aparıcını qınadığını bildirib:
“Bu cür yanaşma, yumşaq desək, yekəbaşlıq, müştəbehlik, güneyli soydaşlarımıza və bütün tamaşaçılara təhqirdir”.